Evə girib qadını öpdü, tava ilə döyüldü

Evə girib qadını öpdü, tava ilə döyüldü
06.12.2025 20:30

Qusarda gecə evə basqın edərək qadını öpən kişiyə elektron qolbaq taxılıb.

TodayPress TV xəbər verir ki, rayonun Aşağı Ləgər kənd sakini Oruc Qasımovun (ad və soyad şərtidir) işinə Qusar Rayon Məhkəməsində baxılıb.

İttihama görə, 35 yaşlı Oruc Qasımov saat 23 radələrində qonşusunun hasarından aşıb və evə qanunsuz daxil olub. Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək ona yaxınlaşıb. Əvvəlcə alnından öpüb, sonra isə çiyinlərindən tutaraq oyatmaq istəyib. Qadın oyanıb və onu süpürgə ilə evdən qovub.

Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək etmək üçün həmin evə girib, daha sonra öz evinə gedərək həyətdə yatıb. Dediyinə görə, bir az sonra polis əməkdaşları gələrək, onu saxlayıblar. O, əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkən qadın isə Orucu kömək üçün çağırmadığını deyib:

"Oruc kömək edib getmişdi. Gecə saatlarında qəfil evimə girdi. Sonra bildim ki, darvazadan yox, bağ tərəfdən girib həyətə. Alnımdan öpüb, çiynimdən tutdu və qışqırmamağım üçün boğazımı sıxdı. Özümü müdafiə etmək üçün süpürgə ilə Orucu vuranda məni buraxdı. Sonra tavanı sifətinə vurdum".

O, Orucla barışmadığını və onu bağışlamadığını bildirib.

Şahidin sözlərinə görə isə Oruc özü də ailəlidir və üç övladı var. Hadisə zamanı qadın çöldə qışqırıb, uşaqları da qorxudan ağlayıblar.

Qusa Rayon Məhkəməsinin hökmü ilə Oruc Qasımova elektron qolbaq taxılıb və barəsində 480 saat ictimai iş cəzası verilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Bütün Xəbərlər