Əri 13 yaşlı qıza əxlaqsızlıq etdi, həbs olundu: Müəllimin də işdən çıxarılması tələb olunur

Əri 13 yaşlı qıza əxlaqsızlıq etdi, həbs olundu: Müəllimin də işdən çıxarılması tələb olunur
09.01.2026 18:46

Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini tərəfindən TodayPress TV-yə şikayət daxil olub.

Şikayətçi, bir müddət öncə Tərtərdə repetitor yanına gedən, qadın müəllimin əri tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalan 13 yaşlı yeniyetmənin nənəsi olduğunu bildirib.

O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 16 il müddətinə azadlıqdan məhrum olunan Araz Bədirovun (ad-soyad şərtidir) müəllim həyat yoldaşı Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) işdən azad olunmasını tələb edib.

Nənənin sözlərinə görə, Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) hələ də məktəbdə müəllim kimi fəaliyyət göstərməsi onun nəvəsində travma yaradır. Hər gün onunla qarşılaşan nəvə hadisəni təkrar xatırlayaraq özünü pis hiss edir.

“Tərtər Rayon Təhsil Şöbəsindən xahiş edirəm ki, müəlliməni işindən azad etsin. Nəvəm hər gün bu travmanı yaşamasın”.

Məsələ ilə bağlı Tərtər Rayon Təhsil Şöbəsinə müraciət etsək də müraciət etsək də, müraciətimizi cavablandıran olmadı.

Xatırladaq ki, bir müddət öncə Tərtərdə repetitor yanına gedən 13 yaşlı yeniyetmə qadın müəllimin əri tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb. Hadisə 2024-cü dekabrında baş versə də, cinayət işi ilə bağlı 2025-ci ilin dekabrında hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Araz Bədirov (ad-soyad şərtidir) 16 il müddətinə azadlıqdan məhrum olub. Bundan başqa, o, iki il müddətinə övladlarını tərbiyə etmək hüququndan da məhrum edilib.

Cinayət hadisəsinə gəlincə, zərərçəkmiş Nigar Həmzəyeva xalası qızı Gülnarı 1977-ci il təvəllüdlü Araz Bədirovun müəllim həyat yoldaşı Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) yanına hazırlığa aparıb və daha sonra divanda oturaraq dərsin bitməsini gözləyib. Bu zaman 48 yaşlı Araz divanda əyləşən Nigara əli ilə əxlaqsız hərəkətlər edib. Hazırlıq müəlliminin başı dərsə qarışdığından ərinin əməlindən xəbərsiz olub. Nigar isə baş verənlərdən sonra tələsik müəllimdən icazə alıb və xalası qızı ilə evə yollanıb. Evə çatan Nigar Arazın əməlləri barədə xalası və nənəsinə dərhal məlumat verib. Nigarın ailə üzvləri Arazgilin evinə yollansa da, təqsirləndirilən şəxs evə gəlməyib. Bundan sonra Nigarın yaxınları polisə məlumat verib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər