Casusluq edən Martin Ryanın məhkəməsində şahidlər ifadə verdi

Casusluq edən Martin Ryanın məhkəməsində şahidlər ifadə verdi
03.02.2026 11:20

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Nizami rayonu 28 saylı Mənzil İstismar İdarəsinin əməkdaşı F.Ə. şahid qismində ifadə verib.

O bildirib ki, DTX-nin Martin Ryanın saxlanılması ilə bağlı keçirdiyi əməliyyat zamanı özü və iş yoldaşı hal şahidi kimi iştirak ediblər:

"2023-ci il dekabrın 4-də iki nəfər idarəyə yaxınlaşaraq DTX-nin əməkdaşları olduqlarını bildirdilər. Onlar bizim ərazimizdə olan bir mənzildə əməliyyat-axtarış tədbirlərini keçirəcəklərini bildirdilər, məni və iş yoldaşımı hal şahidi qismində iştirak etmək üçün dəvət etdilər. Biz də razılaşdıq. Bizdən həmin evdə yaşayan şəxsi tanıyıb-tanımadığımızı soruşdular. Biz də həmin ünvanda yaşayan şəxsi tanımadığımızı bildirdik. Söhbətlərdən bizə məlum oldu ki, həmin evdə Fransa vətəndaşı yaşayır. Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən Özbəkistan küçəsində olan həmin mənzilə gəldik. DTX-nin əməkdaşları evin qapısını döydülər. Sakin qapını açdı, ona məlumat verildi və evdə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı ona təqdim edildi. Əməliyyat-axtarış tədbirində fransız dilində sərbəst bilən qadın tərcüməçi də iştirak edirdi, DTX-nin əməkdaşlarının danışıqlarını Martinə tərcümə edirdi. Məhkəmə qərarı ilə tanış olandan sonra Martin Ryan onları evə dəvət etdi".

Şahidin sözlərinə görə, evdən 2 noutbuk, 4 telefon, fransız dilində olan sənəd və kitablar, çoxlu sayda vizit-kartlar götürülüb:

"Bunların hamısı videoçəkilişlə edildi. Götürülən telefon, noutbuklar və digər əşyalar qablaşdırıldı. Bütün proses fransız dilində ona tərcümə olunurdu. Baxış keçiriləndən sonra protokol tərtib olundu, Martin Ryan və biz ona qol çəkdik".

Növbəti məhkəmə prosesi fevralın 16-a təyin edilib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər