Eldar İsmayılovun cinayət işinə xitam verildi

Eldar İsmayılovun cinayət işinə xitam verildi
14.01.2026 04:00 Hadisə

Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunan "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun cinayət işinə xitam verilib.

TodayPress TV bildirir ki, bu barədə "APA"ya onun vəkili İmran Ələkbərov məlumat verib.

O qeyd edib ki, müvəkkili barəsində cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə uyğun olaraq bəraətverici əsaslarla xitam verilib.

Onun barəsində cinayət işi Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Dədə Qorqud Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

Məlumata görə, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1 500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Bütün Xəbərlər