Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi
03.07.2026 13:52

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları tapılmış şəhid Əliyev Möysüm Murad oğlunun Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn mərasimi olub.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, Birinci Mahmudlu kənd qəbiristanlığına gətirilən şəhid tabutunun önündə cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.

Qeyd edək ki, Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərə qatılıb. O, 1994 - cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

44 günlük Vətən müharibəsindən sonra rayon ərazisində adsız məzarların birindən tapılan qalıqların aparılan analizlər nəticəsində Möysüm Əliyevə aid olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyən edildikdən sonra ailəsinə təhvil verilib.

TodayPress TV

FOTOLAR

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 1
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 2
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 3
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 4
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 5
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 6
XƏBƏR LENTİ
03 IYUL 2026
Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - VİDEO 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE 13:58 Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ 13:38 İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN 13:29 Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO 13:17 Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Bütün Xəbərlər