Bakıda yaşlı qadın ərini baltaladı

Bakıda yaşlı qadın ərini baltaladı
28.06.2026 18:00

Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb.

TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq, 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb.

Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə, E.Hacıyevin vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bakıda nazirliyin binası qarşısında bıçaqlanma: Saxlanılan var 15:16 Rusiya Zaporojyeni aviasiya bombası ilə vurdu: ölənlər və yaralılar var 18:55 Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi 18:51 Ekstremal istilərin acı nəticəsi: Fransada ölüm halları kəskin artdı 16:43 Bakıda yaşlı qadın ərini baltaladı 14:59 Türkiyə və Azərbaycandan tarixi addım: Paxlava UNESCO yolunda 15:18 Fransada təyyarə qəzası: 11 nəfər öldü - FOTO 16:48 Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu 17:16 İrandan ABŞ və İsrailə sərt ittiham: "Cinayəti özləri etiraf ediblər" 17:08 Səudiyyə Ərəbistanında helikopter qəzası: 14 nəfər həlak olu 16:41 Aİ Venesuelaya 5 milyon avro ayırdı 13:41 DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir 16:31 Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı 14:37 Həmin oyundan sonra istefa verəcəyini açıqladı 14:06 Qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərin NƏZƏRİNƏ 14:04 Tehran: Hörmüz boğazına müdaxilə gərginliyi artıracaq 15:37 Türkiyədə əməliyyat: 409 nəfər saxlanıldı 14:01 Dmitri Medvedev Ermənistanı hədələdi 14:55 İsraildən “erməni soyqırımı” ilə bağlı MÜHÜM QƏRAR 14:52 Deputatlarımız Ukraynaya səfər edəcəklər 14:48 Sabah çimərliklərdə hava necə olacaq? 13:39 ABŞ bazalarına milyardlıq zərər: İsrail yeni hərbi mərkəz ola bilər 13:37 Serbiya Ordusu yeni vasitələrini təqdim etdi 13:34 Təhlükəli motosiklet sürücüsünü polis saxladı 10:22 Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqladı 11:26 Bütün Xəbərlər