Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi

Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi
24.06.2026 13:45

Binəqədi şosesində yerləşən açıq kanalizasiya quyusu və yolun bərbad vəziyyəti ilə bağlı vətəndaş narazılığı səsləndirilib.

TodayPress TV xəbər verir ki, vətəndaşın sözlərinə görə, Binəqədi şosesinin “Yeni Yol” adlanan ərazisində yerləşən kanalizasiya quyusunun qapağı bir aydan çoxdur ki, yoxdur. O bildirib ki, ümumiyyətlə, yağışlardan sonra həmin ərazidən Binəqədi şosesi–Mehdiabad kəsişməsinədək yol yararsız vəziyyətə düşür.

Şikayətçi qeyd edib ki, Mehdiabad kəsişməsində yerləşən digər kanalizasiya qapağının ətrafında da çökmə yaranıb.

Onun iddiasına görə, nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sözügedən problemlə maraqlanır.

Vətəndaş bildirib ki, hər gün çoxsaylı avtomobilə ziyan dəyir, yolun həmin hissəsində uzun tıxaclar yaranır. O vurğulayıb ki, bir neçə qəsəbə üçün əhəmiyyət daşıyan yol baxımsız vəziyyətdə qalıb.

Şikayətçi sonda qeyd edib ki, qurumların öz vəzifələrini lazımi şəkildə yerinə yetirməməsi vətəndaşları problemlərinin həlli üçün daha yüksək instansiyalara müraciət etməyə vadar edir.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 Bütün Xəbərlər