5 ay əvvəl itkin düşmüş şəxsin öldürüldüyü məlum oldu

5 ay əvvəl itkin düşmüş şəxsin öldürüldüyü məlum oldu
20.08.2025 21:00

"Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub".

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994 -cü  il təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.

T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

XƏBƏR LENTİ
20 IYUN 2026
DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 Bütün Xəbərlər