Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi

Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi
18.07.2025 16:04 Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati binasında Göygöl, Gəncə, Samux, Daşkəsən, Goranboy, Naftalan, Xocalı və Kəlbəcər rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib.

Bu barədə TodayPress TV-yə xidmətdən məlumat verilib.

Bildirilib ki, qəbulda 1 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 41 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

FOTOLAR

Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 1
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 2
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 3
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 4
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 5
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 6
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 7
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 8
Dövlət Xidmətinin rəisi Göygöldə vətəndaş qəbulu keçirdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər