Yeni ictimai çimərliklərdə yay turizm mövsümünün ilkin nəticələri açıqlandı

Yeni ictimai çimərliklərdə yay turizm mövsümünün ilkin nəticələri açıqlandı
30.08.2025 16:40

Avqustun 30-da Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edib.

TodayPress TV xəbər verir ki, mediatur çərçivəsində yay turizm mövsümünün ilkin nəticələri açıqlanıb. Eyni zamanda Şüvəlanda 5 sahibkarın fəaliyyət göstərdiyi 3 çimərlikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən abadlıq tədbirləri barədə məlumat verilib.

Qeyd olunub ki, yay mövsümünün əvvəlindən yerli və xarici turistlər tərəfindən Abşeron yarımadasındakı çimərliklərdə çatışmazlıqlarla bağlı Dövlət Turizm Agentliyinə çoxsaylı müraciətlər ünvanlanıb. Bu müraciətlər əsas götürülərək aparılan monitorinqlər nəticəsində bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyət, zəruri infrastruktur, təmizlik qaydalarına riayət edilməsi, tullantıların idarə olunması, sahil zolağının təmiz saxlanılması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində seçilmiş 3 çimərlikdə müasir tələblərə cavab verən ictimai (ödənişsiz) çimərliklər yaradılıb.

Pilot layihə çərçivəsində 15,3 hektar sahəni əhatə edən 3 çimərlik ərazisində taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaqların əylənməsi üçün xüsusi meydança, masa və oturacaqlarla təmin olunmuş söhbətgahlar yaradılıb, günəşdən mühafizə çətirləri və çimərlik üçün digər zəruri avadanlıqlar  quraşdırılıb. Bu pilot layihə Azərbaycanda dayanıqlı turizmin inkişafına növbəti töhfədir.

Həmçinin bildirilib ki, Azərbaycanda yay mövsümü daxili və gəlmə turizmi baxımından ən yüksək aktivlik dövrü hesab olunur. Bu aylar ərzində ölkəmizə səfər edən hər üç əcnəbi turistdən təxminən biri (32 faiz) məhz yay mövsümündə səyahət edir. Yay aylarında turist axınında xüsusilə Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropa ölkələrindən gələn ziyarətçilərin payı daha yüksəkdir. Mövsüm ərzində MDB ölkələrindən gələn turistlər arasında çimərlik turizminə maraq xüsusilə fərqlənir. Eyni zamanda, daxili turizm göstəriciləri də yay mövsümünün əhəmiyyətini təsdiqləyir. 

Son illərin tendensiyası belədir ki, il ərzində yerli turistlər tərəfindən həyata keçirilən ölkədaxili səfərlərin ümumi sayı 20 milyondan çox olur. Həmin səfərlərin də təxminən 40 faizi yay aylarının payına düşür. Bu dövrdə regionlara səyahətlərin sayında artımla yanaşı, regionlardan Bakıya, xüsusilə də çimərlik turizmi məqsədilə səfərlərin intensivliyi müşahidə olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində çimərliklərin ümumi sayı 200-dən çoxdur. Onlar əsasən Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Astara və Mingəçevir şəhərlərində yerləşir. Ümumilikdə ölkədəki çimərliklərin 80 faizi isə məhz Bakı və Abşeron yarımadası ərazisindədir. Burada 17 çimərlik zonası mövcuddur.

XƏBƏR LENTİ
21 IYUN 2026
Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB 09:23 Prezident seçkilərinin ikinci turu keçiriləcək 09:10 Abituriyentlər bu gün imtahan verəcək 08:59 Rusiya tarixin ən böyük səfərbərliyinə başlayır: Ukrayna savaşı yenidən qızışır 08:52 DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilmədi 09:05 Alman polisindən hökumətə sərt mesaj: “Bu ölkəni itiririk” 23:25 Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Bütün Xəbərlər