“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu

“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu
29.10.2025 10:19

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, tanınmış iqtisadçı-ekspert və ictimai xadim Vüqar Orucun 50 illik yubileyi münasibətilə “Yarım Əsrin Manifesti” adlı tədbir keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səhnəyə dəvət olunan yubilyar Vüqar Oruc çıxışında tədbir iştirakçılarına və onu bu illər ərzində dəstəkləyən bütün dostlarına təşəkkürünü bildirib. Onun həyat və fəaliyyət yoluna həsr olunmuş slayd və videoçarxlar nümayiş etdirilib, “Şuşa” rəqsinin ifası isə gecəyə milli ruh və vətənpərvərlik ovqatı bəxş edib.

Yubiley tədbirində müxtəlif qurumların rəhbərləri, sahibkarlar, elm və QHT nümayəndələri, eləcə də qardaş Türkiyədən gələn qonaqlar iştirak ediblər. Çıxış edənlər Vüqar Orucun iqtisadiyyat, qiymətləndirmə və ictimai fəaliyyət sahələrində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Yolçuyev Komitənin Vüqar Oruca təbrik məktubunu oxuyub və təqdim edib. 

Çıxışlarda qeyd olunub ki, Vüqar Orucun rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub, dövlət və özəl sektorlarla əməkdaşlıq genişlənib, beynəlxalq layihələr uğurla icra olunub. O, həmçinin Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılmasının təşəbbüskarı və hazırkı prezidenti kimi türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verib.

Tədbirdə UNEC nümayəndələri, AQC İdarə Heyəti üzvləri, “Vecon Consulting” və “AZFİNANS” şirkətlərinin rəhbərləri, Xəzər İş Adamları Klubu və yubilyarın dostları çıxış edərək səmimi təbriklərini çatdırıblar. Yubilyara möhkəm can sağlığı, yeni uğurlar, Azərbaycan iqtisadi mühitinin inkişafında və qiymətləndirmə sektorunda davamlı nailiyyətlər arzulanıb.

TodayPress TV

FOTOLAR

“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 1
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 2
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 3
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 4
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 5
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 6
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 7
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 8
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 9
XƏBƏR LENTİ
20 IYUN 2026
5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir? 20:08 "Neftçi"də daxili transfer: Dayaq nöqtəsi komandada qaldı 19:43 İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır" 19:55 Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı 19:17 İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir 19:26 "Neftçi" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi 19:10 Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək 18:56 Moskva Neft Emalı Zavodu tamamilə çökdü - Ukrayna ordusu təsdiqlədi 18:30 Hörmüz boğazı tamamilə bağlandı? - SEPAH bəyanat yaydı 18:34 ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı 18:40 Vens İranla danışıqlar üçün yaxın günlərdə İsveçrəyə səfər edəcək 18:25 İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər! 18:12 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 Bütün Xəbərlər