Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi

Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi
24.02.2026 17:18

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir. 

TodayPress TV xəbər verir ki, layihə çərçivəsində Xaçmaz rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib. 

O bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir. 

“Hazırda layihə ilə bağlı ilkin olaraq icra planına uyğun təşkilatı işlər görülür. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir”.

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taryel Didarov, Xaçmaz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov və Vətən müharibəsi iştirakçısı Şahin Tahirov da çıxış edib. 

Sonda tədbir iştirakşılarına bukletlər, yazılı köynəklər və sertifikatlar verilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə hazırlanıb.

Layihə çərçivəsində və sonrakı dövrlərdə iştirakçılar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaq.

TodayPress TV

FOTOLAR

Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 1
Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 2
Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 3
Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 4
Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 5
Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 6
Xaçmazda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər