Vado Korovinin kürəkəni də "Space"dən getdi

Vado Korovinin kürəkəni də "Space"dən getdi
14.05.2026 20:52

"Space" televiİyasının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin də kanaldakı işinə son verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Nəriman Əbdüləliyev sosial şəbəkə hesablarında məlumat paylaşıb. 

"Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı. Space TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə Space-in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.

Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə, bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.

Mənim üçün ən dəyərli məsələlərdən biri də gənc kadrların təcrübəli televiziya işçiləri ilə birlikdə yetişməsi və bu sinerjinin kanala yeni nəfəs gətirməsi oldu.

Son dövrlərdə kanalın stabilliyi, efirin davamlılığı və proseslərin idarə olunması üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım.

Bu gün göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanın necə qarşılanmasından çox, necə yola salınması yadda qalır. Space kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram", - deyə o bildirib.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər