Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakıda gənclərlə görüşüb

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakıda gənclərlə görüşüb
28.10.2025 13:49

Türkiyənin ilk astronavtı və hərbi pilotu Alper Gezeravcı Bakıda Yunus Əmrə İnstitutunda tələbələrlə görüş keçirib. Görüşün məqsədi gəncləri kosmos elmi haqqında maarifləndirmək və bu sahəyə marağı artırmaq olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Güçlü Ankara" qəzeti yazıb.

İnstitutun koordinatoru Gökhan Seyhan çıxışında bildirib ki, bu görüş gənclərə elmə və arzularına inanmaqda ilham vermək məqsədi daşıyır.

Alper Gezeravcı çıxışında qeyd edib ki, son 19 ayda 224 şəhərdə 500-dən çox tədbir keçiriblər:

“Bu, sadəcə lütf deyil, məsuliyyətdir. Türkiyə yalnız öz gəncləri üçün deyil, qardaş ölkələrin gəncləri üçün də məsuliyyət hiss edir”.

O, Türkiyənin Milli Kosmos Proqramının 10 əsas hədəfindən ikisinə artıq nail olunduğunu bildirib və Türkiyə ilə Azərbaycanın bu sahədə əməkdaşlığının gücləndiyini vurğulayıb.

Gezeravcı gəncləri elmə və texnologiyaya yönəlməyə çağıraraq, Türk gəncliyinin yüksək intellekt və iradəyə malik olduğunu qeyd edib.

Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
05 AVQUST 2026
İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Bakıda məscid yanır 21:54 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Bütün Xəbərlər