Tramvaylar geri qayıdır - Tıxaclar azalacaq?

Tramvaylar geri qayıdır - Tıxaclar azalacaq?
21.05.2026 17:09

Bakıda yaxın perspektivdə yeni nəqliyyat layihələrinin, xüsusilə tramvay və kanat yolu xətlərinin yaradılması gözlənilir. 

Bəs yeni nəqliyyat növləri Bakıda tıxac problemini həll edə biləcək?

Nəqliyyat eksperti Raqif Raufoğlu mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, kanat yolunun tıxac probleminin həllinə ciddi təsiri olmayacaq.


Onun sözlərinə görə, şəhərdə nəzərdə tutulan kanat yolu sisteminin tıxac probleminin həllinə birbaşa təsiri olmayacaq və əsasən turistik məqsədlər daşıyacaq:

"Bu tip kanat yolları daha çox şəhərə gələn qonaqlar üçün maraqlı və alternativ bir xidmət kimi çıxış edir. Nümunə kimi Tiflisdəki funikulyor sisteminə baxsaq, bunun gündəlik sərnişin daşınmasında tıxacların azaldılmasına ciddi təsir etmədiyini görərik".

Ekspert Bakıda tramvay xətlərinin bərpasını isə daha əhəmiyyətli addım kimi qiymətləndirib. Tramvay və elektrik qatarları şəhər nəqliyyatında real yükü azalda biləcək əsas vasitələrdəndir:

"Hövsan istiqamətində elektrik qatarlarının bərpası daha asan olacaq, çünki həmin istiqamətdə dəmir yolu infrastrukturu böyük ölçüdə qorunub saxlanılıb. Lakin Maştağa və Mərdəkan istiqamətlərində vəziyyət daha çətindir. Burada keçmiş xətlərin bir hissəsi sökülüb və bəzi ərazilərdə yaşayış evləri inşa edilib. Buna baxmayaraq, layihələrin həyata keçirilməsi Bakıda nəqliyyat sisteminə ciddi müsbət təsir göstərə bilər. Xüsusilə tramvay və elektrik qatarlarının inkişafı şəhərdə tıxacların azaldılmasına real töhfə verə bilər".

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərovun sözlərinə görə, tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir. 2028-ci ilə qədər istifadəsi baş tutacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 Bütün Xəbərlər