Təqaüdçü və qazilər üçün yeni güzəştlər

Təqaüdçü və qazilər üçün yeni güzəştlər
15.09.2025 16:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sosial Tərəfdaş” loyallıq proqramı ölkə üzrə təqaüdçülər, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün sosial rifahın yaxşılaşdırılması məqsədilə xüsusi endirim imkanları yaradır.

Proqram çərçivəsində minlərlə vətəndaş supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrində alış-veriş zamanı güzəştlərdən faydalana bilir. Endirimlər gündəlik xərclərin azaldılması və sosial dəstəyin artırılması istiqamətində əhəmiyyətli addımdır.

“Cəmiyyət birlikdədir, sosial bir varlıqdır və insanlar cəmiyyət daxilində müxtəlif qurumlar, institutlar arasında korporativ sosial məsuliyyətdən irəli gələrək sosial tərəfdaşlıq layihələri icra edirlər”

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Sosioloq Üzeyir Şəfiyev bu layihənin əhəmiyyətini vurğulayıb. 


"Sosial tərəfdaşlıq layihəsi uğurlu bir layihədir və qurumlar fərqli profillər üzrə sosial tərəfdaşlıq layihələrini reallaşdıra bilərlər. Çünki onları birləşdirən korporativ sosial məsuliyyətdir. Cəmiyyət birlikdədir, sosial bir varlıqdır və insanlar cəmiyyət daxilində müxtəlif qurumlar, institutlar arasında korporativ sosial məsuliyyətdən irəli gələrək sosial tərəfdaşlıq layihələri icra edirlər. Bunun üçün isə sosial tərəfdaşların etibarlı, güvənilir olması, sağlam əməkdaşlıq qurması, iş keyfiyyəti nümayiş etdirməsi və abilitasiya imkanları, yəni töhfə vermək bacarıqları güclü olmalıdır.

Hesab edirəm ki, bundan həm sosial tərəfdaşların özləri, həm də bütövlükdə cəmiyyət qazanır. Cəmiyyət faydalanır, çünki nəticədə bu, sosial rifaha və sosial inkişafa xidmət edir. Əsas məqsəd də sosial dövlət quruculuğu prosesində cəmiyyətin faydalanması və bu imkanlardan istifadə etməsidir.

Amma sual yaranır: əhalinin sosial qruplarını təşkil edən vətəndaşlar bu proqramların mövcudluğundan xəbərdardırlarmı? Sosial tərəfdaşlıq layihələrinin geniş təsirli olması üçün əhalinin mövzu ilə bağlı maarifləndirilməsi mütləqdir. Çünki orta statistik vətəndaş sosial tərəfdaşlıq layihələrindən məlumatsız ola bilər. Bunun səbəbi isə layihələrin piarının düzgün təşkil olunmamasıdır”, - o bildirib.

Üzeyir Şəfiyev, həmçinin deyib:

“Dayanıqlı İnkişaf Məqsədlərində də əsas şüar “heç kəsi kənarda qoymamaq”dır”

Bu baxımdan maarifləndirmə, məlumatlandırma və təşviqat işləri daha yüksək səviyyədə həyata keçirilməlidir ki, bütün insanlar üçün əlçatan olsun. Dayanıqlı İnkişaf Məqsədlərində də əsas şüar “heç kəsi kənarda qoymamaq”dır. Buna görə də sosial tərəfdaşlıqla bağlı məlumat bütün insanlara və bütün auditoriyalara çatdırılmalıdır.

Bunun üçün sosial media, kütləvi informasiya vasitələri, qəzetlər və televiziya effektiv şəkildə istifadə edilməlidir. Hətta bu mövzuda sosial çarxların hazırlanması və ən çox auditoriyası olan media qurumları vasitəsilə ictimaiyyətə təqdim olunması faydalı olardı".

Bəs əhalinin sosial qruplarını təşkil edən vətəndaşlar bu proqramın mövcudluğundan xəbərdardırlarmı?

Sosioloq bildirir ki, əhalinin mövzu ilə bağlı maarifləndirilməsi mütləqdir.

DSMF-nin departament müdiri Rəşad Mehdili isə bildirir ki, vətəndaşlar artıq e-sosial mobil tətbiqini telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən “Sosial tərəfdaş” barkodunu əldə edir.


“Həmin barkod vasitəsi ilə tərəfdaş olan xidmət sahələrində, böyük super marketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsi ilə endirimlərdən yararlana bilərlər. Artıq barkod endirimləri mərhələli şəkildə genişlənir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı mütəmadi olaraq www.sosialterefdash.az saytında yenilənir. Vətəndaşlar sayta daxil olub bu məlumatlarla tanış ola bilərlər. Hazırda endirimlər “Bazarstore”, AL Marketlər, Pharmastore, Buta, Aloe, Dokta aptekləri şəbəkəsində tətbiq olunur. Yaxın zamanda layihəyə digər market, aptek və klinikaların da qoşulması planlaşdırılır”, - o, həmçinin bildirib. 

Qeyd edək ki, ötən müddət ərzində 1 778 549 əməliyyat həyata keçirilib, vətəndaşlar alış-veriş və xidmətlərdən istifadə zamanı təklif olunan endirimlərdən faydalanıblar. 

Endirimlərdən yararlanmaq üçün vətəndaşların “e-Sosial” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və kassada “Sosial Tərəfdaş” barkodunu təqdim etməsi kifayətdir.

Ziyafət Əlisoy, Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Brejnevin nəticəsi Ukraynada əsir düşdü 11:57 Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO 11:47 Sabah ölkə üzrə pensiyalar ödəniləcək 11:39 Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi 11:21 Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu 11:20 I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək 11:37 Prezident Beynəlxalq Sammitin iştirakçılarına müraciət ünvanladı 11:09 İki liderin görüşündə maraqlı hadisə - Bricit Makronun Trampla mübarizəsi - VİDEO 11:03 Qeydiyyatda olan işsizlərin sayı açıqlandı 10:46 Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNDİ 09:23 "Real" Entso Fernandeslə razılığa gəldi 10:36 Azərbaycan neftinin bu günə olan QİYMƏTİ açıqlandı 10:27 33 illik qaçış Frankfurtda bitdi! Elşən Şamilov Azərbaycana ekstradisiya olundu 10:11 Prezident: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq 10:06 Prezident Bakıdan bəyan etdi: Biz o ölkələrə kömək etdik! 09:54 Prezident ölkənin qlobal uğurlarından danışdı 09:52 Prezidentdən dünyaya mesaj: Biz artıq sadəcə regional oyunçu deyilik! 09:34 İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır 09:26 Prezident: Azərbaycanın sabit, uğurlu inkişafı var 09:21 Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi 09:09 İlham Əliyev mühüm tədbirdə çıxış edir - CANLI 09:05 İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar 08:57 Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi? 08:50 Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO 08:44 Zelenski Trampla görüşdü, Rusiya Kiyevi vurdu 08:29 Bütün Xəbərlər