Təbiətin hədiyyəsi - Bakıda yağış suları necə istifadə edilməlidir?

Təbiətin hədiyyəsi -  Bakıda yağış suları necə istifadə edilməlidir?
06.04.2026 14:52

27 martdan etibarən aralıqlı yağan yağışlar fəsadsız ötüşməyib. Yağış suları evlər, küçələr, yollarda həyatı iflic edib. Kanalizasiya xətləri yağış sularını daşıya bilmir. Nəzərə alsaq ki, Azərbaycanda normadan 4 dəfə artıq yağış yağıb, bu halda şəhər və kənd infrastrukturuna ciddi təzyiq düşür. Əlavə yağıntı yeraltı suların səviyyəsini artırır və qrunt su ehtiyatlarının bərpasına töhfə verir. Bununla əlaqədər aidiyyatı qurumlar bir sıra işlər görür, suları təmizləyirlər. 


Maraqlıdır, bəs bu su necə istifadə olunur?

Azərbaycanda yeraltı sular (qrunt suları daxil olmaqla) ümumi su istifadəsinin təxminən 6-20%-ni, kənd təsərrüfatında isə su istifadəsinin 70-90%-ni, məişətdə isə yalnız 4-5%-ni təşkil edir. Təəssüf ki, yağış sularının istifadəsi və idarə olunması isə hələ məhdud səviyyədədir. 

Ölkə üzrə illik yağıntı həcmi regiondan asılı olaraq təxminən 300-800 mm arasında dəyişir.


Şəhər ərazilərində yağan yağış sularının 70-80%-i birbaşa kanalizasiya sistemlərinə və açıq axınlara yönəlir. Ancaq yağıntının normanı dörd dəfə keçməsi, 40–60%-i açıq sahələrdə yığılır və daşqınlara səbəb olur. 

Yağış sularının təkrar istifadəsi hələ geniş yayılmayıb və fərdi evlərdə və ya sistemli toplama səviyyəsi 5%-dən aşağı qiymətləndirilir. Şəhər infrastrukturunda yağış suyunun təkrar istifadəsi isə çox məhduddur.

Nəticədə yağan yağış sularının böyük hissəsi hazırda istifadə olunmadan itir. Lakin düzgün idarəetmə və toplama sistemləri tətbiq olunsa, bu suyun müəyyən hissəsini müxtəlif sahələrdə səmərəli istifadə etmək mümkündür.

Qeyd edək ki, dünyada ildə təxminən 982 km³ qrunt su çıxarılır və istifadə olunur. Bu sudan 70 %-i kənd təsərrüfatında, təxminən 50 %-i isə içməli su təminatı üçün istifadə edilir. Qrunt su, sulama və şəhər suvarma sistemləri üçün əsas mənbədir.


Yağış suyu isə torpaqda birbaşa bitkilər tərəfindən istifadə olunur və “yaşıl su” adlanır. Bu su qlobal kənd təsərrüfatının məhsul istehsalının təxminən 80 %-ini təmin edir, amma suvarma məqsədi ilə istifadəsi yalnız 35-40 % təşkil edir. Yağış suyu yığılaraq kiçik bağçılıq və əkin sahələri üçün də istifadə olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 AVQUST 2026
Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Bütün Xəbərlər