Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir
22.08.2025 11:44

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji və hidrogeoloji tədqiqat işlərinə başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ADSEA məlumat yaydı.

Hidroloji məlumat bazasının yaradılması üzrə ilkin müəyyənləşdirmə işləri aparılıb. Bazada çaylar, göllər və su anbarları üzrə məlumatların daxil edilməsi və saxlanılması nəzərdə tutulub. Hidroloji məlumatlar Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan və hazırda İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə təhvil-təslim prosesində olan məlumat bazasında toplanılıb. 

Hidroloji illik məlumatların elektron formatları həmin bazadan ixrac olunaraq təhlil üçün hazırlanma prosesindədir. Məlumat bazası portal üzərindən formalaşdırılıb. Növbəti mərhələlərdə bu platforma ADSEA-nın mövcud və qurulması nəzərdə tutulan CİS əsaslı proqram təminatlarına inteqrasiya ediləcək. Kompleks hidroloji tədqiqatların aparılmasının təmin edilməsi üçün hidroloji rejim-müşahidə şəbəkəsi üzrə əvvəlki materialların təhlili əsasında təkliflər hazırlanıb.

Yeraltı, yerüstü su obyektlərinin ehtiyatlarının, kəhrizlərin yenidən qiymətləndirilməsi istiqamətində Dövlət Geoloji İnformasiya Fondundan əldə olunmuş fond materialları əsasında təhlillər aparılaraq layihə-smeta sənədləri tərtib edilib. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024-cü ilin 4-cü rübü də daxil olmaqla 2025-ci ilin 1-ci və 2-ci rübü üzrə icra vəziyyətinin monitorinqi barədə arayış hazırlayıb. Arayışda Milli Strategiyanın tələblərinə uyğun olaraq görülən və görüləcək işlər barədə bütün istiqamətlər üzrə səhih məlumatlar əksini tapıb. Bu kimi arayışlar növbəti rüblər üzrə də hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. 

FOTOLAR

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir — 1
Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir — 2
Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir — 3
Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər