AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı

AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı
17.03.2026 11:10 Cəmiyyət

Ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

TodayPress TV xəbər verir ki, tədbirlər çərçivəsində işğaldan azad edilmiş Xocavənd və Xankəndi şəhər ətrafı ərazilərdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya aparılıb.

Əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılamasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zəncirinin qırılmasıdır. Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb. Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusi tərkibə malik briketlərdir. Heyvan yem kapsulunu qəbul etdikdə peyvənd ağız boşluğu və həzm sistemi vasitəsilə orqanizmə daxil olur və sonra təxminən 25–30 gün ərzində quduzluğa qarşı immunitet formalaşır və bu immunitet təxminən 12 ay müddətində qorunur. Peyvənd yemləri ərazi üzrə bərabər şəkildə yerləşdirilir və epizootoloji vəziyyətdən asılı olaraq hər 1 km² əraziyə orta hesabla 15–20 ədəd yem kapsulu düşəcək şəkildə paylanır. 

Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir.  Bir neçə ədəd aldadıcı yemin  yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə onların populyasiyalarına uyğun yerlərə atılır.

Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur. 

Peyvəndinin tətbiqi vəhşi heyvan populyasiyasında quduzluq virusunun dövranını azaltmaq, sahibsiz itlər və digər heyvanlar vasitəsilə xəstəliyin yayılmasının qarşısını almaq və nəticədə insan sağlamlığının qorunmasını təmin etmək üçün mühüm profilaktik tədbirdir.

TodayPress TV

FOTOLAR

AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 1
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 2
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 3
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 4
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 5
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 6
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 7
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 8
AXA: Quduzluğa qarşı peyvəndləmə tədbirləri aparıldı — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Bütün Xəbərlər