“Space TV”yə xəbərdarlıq edildi

“Space TV”yə xəbərdarlıq edildi
21.10.2025 13:23

Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda 2025-ci il oktyabrın 8-də, saat 22.06-23.09 arası "Space TV" kanalının efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 1 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə" edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib: "Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında baş tutan toy məclisinin "Space TV" kanalında nümayişi faktı müəyyən olunmuşdur. Daha sonra məsələnin ətraflı araşdırılması məqsədilə kanala sorğu ünvanlanmışdır. Sorğuya verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutmuşdur. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilmişdir.

İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və proqramın 08 oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə gəlinmiş, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü hesab edilmişdir. Sonda, yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəlmişlər.

Audiovizual Şura bütün yayımçılardan proqramlarda qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edir, monitorinq və nəzarət tədbirlərinin davam edəcəyini bildirir".


XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər