Soyad və ata adını dəyişdirənlərin sayı niyə artır?

Soyad və ata adını dəyişdirənlərin sayı niyə artır?
15.01.2026 17:36

Son illər Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsinə marağın artması artıq fərdi qərar çərçivəsindən çıxaraq sosial tendensiya xarakteri alır. 

TodayPress TV xəbər verir ki, 2025-ci ildə 2723 nəfərin şəxsiyyət məlumatlarında dəyişiklik etməsi bu prosesin miqyasını açıq şəkildə göstərir. 

Bəs insanların soyad və ata adını dəyişməyi travmatik səbəblərdən irəli gələ bilərmi?

Psixoloq Zeynəb Əyyubova mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, soyad və ata adının dəyişdirilməsi psixoloji baxımdan yalnız hüquqi və ya estetik qərar deyil, çox vaxt insanın daxili təcrübələri və keçmiş yaşantıları ilə bağlı olur. 


Onun sözlərinə görə, bu cür dəyişikliklərin arxasında travmatik səbəblər dayana bilər və bu, psixoloji praktikada kifayət qədər rast gəlinən haldır:

"İnsan üçün ad və soyad kimliyin əsas simvollarından biridir. Xüsusilə ata adı ailə bağlarını, nəsil davamlılığını və mənsubiyyəti ifadə edir. Əgər bu bağlar travmatik təcrübələrlə assosiasiya olunubsa — məsələn, ailədaxili zorakılıq, emosional və ya fiziki istismar, valideyn tərəfindən tərk edilmə, uzunmüddətli konfliktlər və ya mənfi xatirələrlə yüklənmiş münasibətlər — insan həmin adı daşımaqla bu travmanı daim yenidən yaşadığını hiss edə bilər. Belə hallarda ad və ya ata adından imtina psixoloji qorunma mexanizmi kimi ortaya çıxır".

Psixoloq vurğulayıb ki, bəzi hallarda soyadın dəyişdirilməsi keçmiş kimlikdən uzaqlaşmaq və yeni həyat mərhələsinə keçid ehtiyacını əks etdirir. İnsan özünü köhnə rol, ailə modeli və ya sosial etiketlərlə eyniləşdirmək istəmədikdə, bu dəyişiklik daxili azadlıq və nəzarət hissini bərpa etməyə xidmət edir

"Travma yaşamış insanlar üçün bu, “keçmişlə məsafə saxlamaq” və özünü yenidən formalaşdırmaq cəhdi ola bilər.

Digər tərəfdən, bu qərar hər zaman dərin travma ilə bağlı olmaya da bilər. Bəzən bu, şəxsi inkişaf, estetik zövq, evlilikdən sonra kimliyin yenidən qurulması, yaxud ailə tarixi ilə bağlı fərqli seçimlərin nəticəsi olur. Lakin statistikanın artması onu göstərir ki, cəmiyyətdə fərdi kimliyin daha şüurlu şəkildə dəyərləndirilməsi prosesi gedirvə insanlar özlərini psixoloji cəhətdən daha rahat hiss edəcəkləri identiklik formalarına yönəlirlər".

Mütəxəssisin fikrincə, ad və soyadın dəyişdirilməsi çox vaxt insanın daxili ehtiyaclarının siqnalıdır. Bu ehtiyac bəzən travmanın sağaldılması, bəzən sərhədlərin müəyyənləşdirilməsi, bəzən isə özünü daha autentik hiss etmə arzusu ilə bağlı olur. Belə hallarda insanı tələsik mühakimə etməkdənsə, onun bu qərarının arxasında duran emosional səbəbləri anlamaq daha sağlam yanaşmadır.

"
Əgər bu dəyişiklik güclü emosional yüklə, daxili gərginlik və ya uzunmüddətli psixoloji narahatlıq fonunda baş verirsə, psixoloji dəstək prosesi insanın öz keçmişi ilə daha sağlam münasibət qurmasına və kimlik böhranını daha balanslı şəkildə həll etməsinə kömək edə bilər", - deyə Zeynəb Əyyubova fikrini tamamlayıb.

Türkan İsgəndərli

 TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək 10:51 16 yaşlı qızın toyunun qarşısı alındı 10:46 Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər" 10:26 Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi 10:31 UFC-də zəfər! Maxaçev İen Qerrini məğlub edərək seriyanı uzatdı 09:46 FHN 46 nəfəri xilas etdi 09:58 Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı 09:44 Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var 09:54 “Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi! 09:42 İndoneziyada güclü zəlzələ oldu 09:50 Mauro İkardi üçün İtaliya variantı: “Latsio” ulduz hücumçunu istəyir! 09:39 Belqoroda raket hücumu: 6 nəfər öldü, yaralananlar var 09:37 Bütün Xəbərlər