"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR

"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR
29.12.2025 10:53

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi və Ucar Gənlər Evinin tərəfdaşlığı ilə həyata keçirilən "Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi işini uğurla tamamlayıb. 

TodayPress TV xəbər verir ki, peşəkar təlimçilərin cəlb olunduğu layihədə Qərbi Azərbaycan mövzusu prioritet olub. 

Tarixçi Fuad Quliyev layihə iştirakçılarına Qərbi Azərbaycanın tarixi yaddaşından, həmçinin mədəni soyqırımı və sənədləşdirmədən bəhs edib. Dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli isə azərbaycanlıların deportasiyası və repatriasiya hüququnun siyasi aspektləri mövzularında ətraflı məlumat verib. 

Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Fatimə Məhəmmədova maliyyə dəstəyinə və mövzuya müstəsna diqqətinə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirib.

Ucar Gənclər Evi SXM-in direktoru Kazım Məmmədov layihə iştirakçılarını təbrik edib. O, Zəngəzur sakinlərinin geri qayıdacağına əminliyini ifadə edib.

Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Ağarza Elçinoğlu isə sərhədimizin qərbində qalan ərazilərin bizin tarixi torpaqlarımız olduğunu deyib. O, Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana dönüşün də beynəlxalq hüquqa və çərçivələrə uyğun şəkildə baş tutacağını qeyd edib. 

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

TodayPress TV

FOTOLAR

"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 1
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 2
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 3
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 4
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 5
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 6
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 7
"Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi uğurla yekunlaşdı - FOTOLAR — 8
XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Bütün Xəbərlər