Sabahdan Azərbaycanda ov mövsümü açılır

Sabahdan Azərbaycanda ov mövsümü açılır
19.12.2025 17:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

İclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 01 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılıb: "Sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, bəzi növlər üzrə populyasiya göstəriciləri sabitləşib, quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb".

Xidmət rəsmisinin sözlərinə görə, mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün 20 dekabr – 01 fevral tarixləri arasında açılması məqsədəuyğun hesab edilib:

"Ov mövsümü müddətində vətəndaşları mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə, ov qaydalarını pozmamağa və qanunsuz ov hallarına yol verməməyə çağırırıq".

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi” 19:03 Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi 17:29 Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır" 17:24 İran rəsmiləri ABŞ nümayəndəlıri ilə foto çəkdirməkdən İMTİNA ETDİ 18:29 Trampdan xəbərdarlıq: "İran bunu etməsə..." 18:15 İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Türkiyə XİN 17:53 Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 "Danışıqlarında böyük irəliləyiş əldə edilib" - Vens 17:21 ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Bütün Xəbərlər