Qulu Məhərrəmli: "Məntiqi əsas olmadan ad dəyişikliklərinə ehtc yoxdur"

Qulu Məhərrəmli: "Məntiqi əsas olmadan ad dəyişikliklərinə ehtc yoxdur"
26.01.2026 17:16

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın “Azəri” sözünün Azərbaycanla əlaqəsinin olmadığı və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikir müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli TodayPress TV-yə mövqeyini açıqlayıb.

O bildirib ki, bu mövzuda aparılan mübahisələrin ciddi elmi əsası yoxdur və mövcud adların dəyişdirilməsinə ehtiyac görmür:

"Bir çox qurumların adında yer alan “Azər” və “Azəri” sözləri Azərbaycan toponiminin qısaldılmış formasıdır. “Azərsun”, “Azərxalça”, “Azəriqaz”, “Azərmetal” kimi adların hamısı “Azərbaycan” sözünün ixtisarından yaranıb. “Azəriqaz” sözündə “i” saitinin artırılması isə texniki və fonetik uyğunluqla bağlıdır və bunu hər hansı etnik və ya ideoloji məna ilə əlaqələndirmək doğru deyil".

Professor vurğulayıb ki, “Azəri” sözünün bəzən cəmiyyətdə qıcıq yaratması tarixi-ideoloji səbəblərlə bağlıdır. Xüsusilə XX əsrin əvvəllərində, Pəhləvi rejimi dövründə ideoloq Kəsrəvinin İranda yaşayan azərbaycanlıların guya türk yox, “azəri” tayfalarından formalaşdığı ilə bağlı irəli sürdüyü iddialar elmi əsası olmayan yanaşmalar olub:

"Bu fikirlərin əsas məqsədi isə Şimal və Cənub Azərbaycan anlayışını zəiflətmək, eləcə də Türkiyə ilə etnik-mədəni bağlılığı arxa plana keçirmək idi. Həmin ideoloji yanaşmalar sonradan “Azəri” sözü ətrafında yanlış təsəvvürlərin formalaşmasına səbəb olub. Bu mövzu tarixçilər arasında elmi müzakirə predmeti ola bilər, lakin dövlət qurumlarının və şirkətlərin adlarında işlədilən “Azər” və “Azəri” ifadələrinin etnik “azəri” anlayışı ilə heç bir əlaqəsi yoxdur".

Qulu Məhərrəmli sonda bir daha vurğulayıb ki, söhbət sadəcə “Azərbaycan” sözünün qısaldılmış variantından gedir və bu adların dəyişdirilməsi üçün elmi və məntiqi əsas mövcud deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Bütün Xəbərlər