Qadağalar və əlçatmaz hədəflərə duyulan maraq: Psixoloq SƏBƏBLƏRDƏN DANIŞDI

Qadağalar və əlçatmaz hədəflərə duyulan maraq: Psixoloq SƏBƏBLƏRDƏN DANIŞDI
14.08.2025 18:01

Sosial əlaqələrdə diqqət çəkən məsələlərdən biri insanların evli və ya münasibətdə olan şəxslərə göstərdiyi diqqətdir. Maraqlıdır ki, bu həvəs bəzən yalnız imkanlı adamlara deyil, maddi durumu zəif olanlara da yönəlir.

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova TodayPress TV-yə açıqlamasında bildirib ki, bəzən evli və ya münasibətdə olan şəxslərə duyulan maraq bir sıra psixoloji və ictimai amillərlə bağlıdır.

Onun sözlərinə görə, bu diqqətin əsas səbəblərindən biri "qadağan olunana qarşı həvəs" fenomenidir:

"İnsan psixologiyasında əlçatmaz və ya başqasına aid olan nəsnələr daha cazibədar görünür. Burada sevgi hissindən çox, qazanmaq arzusu, özünü təsdiqləmə ehtiyacı və rəqabət motivləri ön plandadır".

Psixoloq əlavə edib ki, bəzi hallarda belə davranış qısqanclıqdan irəli gəlir. İnsan qarşı tərəfin xoşbəxtliyini görüb, onu əldə etməklə özünü daha üstün hiss etməyə çalışır. Bu, əslində sağlam əlaqə qurmaq deyil, eqonun təmin olunmasıdır.

Onun fikrincə, sağlam münasibətlər qarşılıqlı hörmət və dürüstlük üzərində formalaşır:

"Başqasının əlaqəsinə müdaxilə etmək nə sevgi, nə də xoşbəxtlik gətirir, əksinə, psixoloji zərər və etibarın pozulmasına səbəb olur", - deyə Zeynəb Əyyubova fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

Qadağalar və əlçatmaz hədəflərə duyulan maraq: Psixoloq SƏBƏBLƏRDƏN DANIŞDI — 1
XƏBƏR LENTİ
19 IYUN 2026
Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Bütün Xəbərlər