Professor Roida Rzayevanın növbəti kitabı işıq üzü gördü

Professor Roida Rzayevanın növbəti kitabı işıq üzü gördü
12.12.2025 15:22

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası işıq üzü görüb.

TodayPress TV xəbər verir ki, monoqrafiya şәbәkә sosiallığı vә rәqәmsallaşma şәraitindә siyasәtin, ideologiyanın vә medianın fәnlәrarası tәhlilinә hәsr olunub.

Kitab iki hissәdәn – praktiki (tәtbiqi) vә nәzәri (konseptual) hissәlәrdәn ibarәtdir, hәr birindә fәsillәr hәm müstәqil araşdırmanı, hәm dә vahid süjet xәttinin hissәlәrini tәşkil edir.

Kitabın “tәtbiqi” adlanan hissәsindә siyasәt, dövlәt idarәçiliyi, ideologiya vә media mәsәlәlәri dövrümüzün yeni çağırışları işığında tәhlil edilir. Nәşr siyasi dünyanın postklassik mәnzәrәsi, şәbәkә sosiallığı vә onun öyrәnilmәsi metodları, sosio-kommunikativ texnologiyalar (memlərin yaradılması texnologiyaları), sosiallığın mifologiyası, siyasәtin medialaşması, informasiya müharibәlәri, kiber-simulyakrlar, feyklәr (post-hәqiqәt (post-truth), post-mәxfilik (post-privacy)), kibertәhlükәsizlik, onlayn (şәbәkә) siyasi sәfәrbәrlik, yeni epistemoloji paradiqma kimi böyük verilәnlәr, hakimiyyәt fәlsәfәsi problemlәri, dövlәt idarәçiliyi fәlsәfәsinin aparıcı kateqoriyaları, dövlәt idarәçiliyindә yeni tendensiyalar, müasir siyasi idarәetmәdә internet-texnologiyalarından istifadә, potensial risklәrin idarә edilmәsi, siyasi şüur, rәqәmsal diplomatiya, media mәdәniyyәti, media tәcrübәlәri, sosial medianın kommunikasiya arxitekturası, simvolik siyasәt, mәna istehsalı, ideologemlәr, yumşaq güc, mentalitet, habitus vә s. kimi mәsәlәlәri әhatә edir.

“Nәzәri” hissәdә modernlәşmә, elitalar, postmodernlәşmә, qlokallaşma, beynәlxalq münasibәtlәr vә beynәlxalq hüquq kontekstindә postmodern, dialoq fәlsәfәsi, multikulturalizm vә s. kimi mәsәlәlәr tәhlil edilir.

Monoqrafiya alimlәr, sosial elmlәr sahәlәri üzrә mütәxәssislәr, filosoflar, politoloqlar, siyasi strateqlәr, dövlәt qulluqçuları, ictimaiyyәtlә әlaqәlәr şöbәsinin әmәkdaşları, media işçilәri, diplomatlar, eyni zamanda müasir siyasәt, siyasәt fәlsәfәsi, siyasi sosiologiya, siyasi psixologiya, siyasi antropologiya, siyasi coğrafiya (geosiyasәt), dövlәt idarәçiliyi, medialogiya mәsәlәlәri ilә maraqlanan geniş oxucu kütlәsi üçün nәzәrdә tutulub. Kitab dәrs vәsaiti kimi istifadә oluna bilәr.

Kitab müәllifin әvvәlki monoqrafiyalarında vә bu istiqamәtdә tәdqiqatlarında tәqdim etdiyi fikirlәri davam vә inkişaf etdirәn müstәqil tәdqiqatdır. Qeyd edək ki, müəllifin “The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm) adlı bundan əvvəlki monoqrafiyası dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən çap olunub. Eyni zamanda bu kontekstdə Rzayevanın digər tədqiqatlarını da qeyd etmək olar: “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (Bakı, 2015), Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (Bakı, 2015), “Rus vә Azerbaycan Kaynaklarında Türk Modernleşmesi” (Ankara, 2012)) monoqrafiyaları, “Complex Migration of Global Citizens” (United Kingdom, Oxford, 2014) adlı kitabda “Multiculturalism as Plural Modernities” adlı fәsli, “İnterdisciplinary Perspectives on Social Sciences” (Cambridge Scholars Publishing, 2014) adlı kitabda “ Alternative Modernisms in the Discourse on Postmodern” adlı fәsli vә müasirliyin çağırışlarına hәsr olunan 180-dәn çox nәşri.

Qeyd edək ki, Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” adlı xüsusi proqramının məzunudur. Müәllifin dәyişәn müasirlik vә siyasәt dünyasının postklassik mәnzәrәsi mövzusunda mәruzәlәri dünyanın aparıcı elm mәrkәzlәrindәn olan Oksford vә Kembric universitetlәrindә keçirilәn konfranslarda tәqdim olunmuşdur.

Elmi tәdqiqatların nәticәlәri, siyasәtin paradiqmal tәhlilinin tәrkib hissәsi kimi qeyd olunan müәyyәn müddәalar vә tezislәr hәm ölkә daxilindә, hәm dә dünyanın bir çox ölkәsindә (İspaniya, Böyük Britaniya, İtaliya, Fransa, Cәnubi Koreya, Yunanıstan, Avstriya, Türkiyә, Rusiya, Litva, Kipr, Belarus, Gürcüstan vә s.) yüzdәn artıq beynәlxalq konfranslarda mәruzә edilmişdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Rusiyada helikopter yoxa çıxdı- Axtarışlar dayandırıldı 16:36 "Danışıqlarında böyük irəliləyiş əldə edilib" - Vens 17:21 ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı 17:18 Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Bütün Xəbərlər