Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ

Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
25.06.2026 21:10

Bakıda nənəsinin evindən xalasının pullarını oğurlayan şəxsə cəza verilib.

TodayPress TV "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Ə.İ.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, 2026-cı ilin fevral ayının əvvəllərində Ə.İ. Xətai rayonunda nənəsi Əminənin evinə gedib. O, orada nənəsi ilə birgə yaşayan fiziki məhdudiyyətli xalası Güllərin 8 000 manat pulunu oğurlayıb.

O, oğurladığı vəsaitlə Xəzər rayonunun Şüvəlan qəsəbəsində gündəlik kirayə haqqı 250 manat olan həyət evi tutub, qalan pulu isə əyləncələrə xərcləyib. Məhkəmədə əməlindən peşman olduğunu bildirən Ə.İ. dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş xalası ilə barışdığını qeyd edib.

Məhkəmənin hökmü ilə Ə.İ. şübhəli şəxs qismində saxlanıldığı 2 gün çıxılmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə onun üzərinə cəza müddətində axşam saat 23:00-dan səhər 07:00-dək yaşayış yerini tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini qoyub.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Ermənistana növbəti dəfə 26 vaqon yanacaq göndəriləcək 21:58 Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Aİ-yə ağır maliyyə yükü: İldə 3 milyard avro faiz ödənəcək 21:19 Messi-Ronaldo dueli qapıda: Hər şey son turdan asılıdır 21:53 Azərbaycanla Gürcüstan sərhədində nə baş verir? - Açıqlama yayıldı 21:53 Azərbaycanda DƏHŞƏT: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı 21:08 Çin enerji sahəsində yeni rekorda imza atdı - 4 milyard... 21:14 Bu rayonda qaz OLMAYACAQ 20:12 ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı 21:04 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ 20:19 Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI 21:02 ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir 20:58 İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovla danışdı 20:54 Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı 20:44 Fransanın enerji nəhəngi iki atom reaktorunu dayandırdı - Səbəb... 19:53 Abituriyentləri narahat edən təklif: Haqqını tələb etmək ödənişli olacaq? 20:30 "Qarabağ" onunla müqavilə imzaladı 20:16 Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi 20:25 Ermənistan parlamentində dəyişiklik - Yeni sədr kim olacaq? 19:44 Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü 20:07 Muxtar Babayev Antonio Quterreş ilə görüşüb 19:46 Litva-Belarus sərhədi yaxınlığında uçuşlar bu tarixə qədər bağlandı 19:34 Roma: Bazalarımızın İrana qarşı istifadə olunmasına icazə verməmişik 19:29 Bütün Xəbərlər