Nazirlik: Gözdən əlilliyi olan şəxslər sosial dəstək tədbirləri ilə əhatə ediliblər

Nazirlik: Gözdən əlilliyi olan şəxslər sosial dəstək tədbirləri ilə əhatə ediliblər
13.11.2025 11:45

Azərbaycanda digər həssas qruplar kimi, gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası da dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə ardıcıl və məqsədyönlü işlər aparılır, gözdən əlilliyi olan şəxslərin sosial təminatı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı, gözdən əlilliyi olan şəxslərin də dövlət tərəfindən mənzillə təminatı həyata keçirilir. Son illərdə Bakıda 132 mənzilli yaşayış binası tikilərək onların istifadəsinə verilib, həmçinin yeni yaşayış komplekslərindən yüzlərlə mənzil gözdən əlilliyi olan şəxslərə təqdim edilib.

Həmin kateqoriyalardan olan vətəndaşların İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri olaraq Naxçıvan, Gəncə, Yevlax şəhərlərində Regional İnformasiya Mərkəzləri yaradılaraq onların istifadəsinə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər və onlara qulluq edənlər Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar.

Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslərə də tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, həmçinin psixoloji və sosial reabilitasiya xidmətləri göstərilir.

Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində digər əlilliyi olan şəxslərlə yanaşı, görmə imkanı məhdud şəxslərin də yeni peşələrə yiyələnmələri üçün işlər aparılır.

Eyni zamanda, həmin kateqoriyadan olanların əmək bazarına çıxışının dəstəklənməsi işləri davam etdirilməklə, özünüməşğulluq proqramı çərçivəsində həmin şəxslərin də kiçik bizneslərinin qurulmasına dəstək göstərilir. Həmçinin Azərbaycan Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində onlar üçün xüsusi proqram əsasında peşə hazırlığı kursları təşkil olunur.

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı ötən il xeyli genişləndirilib və siyahıya gözdən əlilliyi olan şəxslər üçün ağ əsa, Brayl sistemi ilə yazı üçün cihaz, ekran-oxuyucuları və s. də daxil edilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər