Naxçıvanda kartdan-karta əməliyyatlarla bağlı nəzarət sərtləşdirildi

Naxçıvanda kartdan-karta əməliyyatlarla bağlı nəzarət sərtləşdirildi
04.09.2025 11:06

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırlması istiqamətində görülən tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq vergi nəzarəti tədbirləri üzrə keçirilən monitorinqlərdə Naxçıvan şəhər ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu, POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi və işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanıb.

Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan-karta köçürülmə hallarının yolverilməzliyi, əmək bazarında münasibətlərin qanunvericilik çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılmasının vacibliyi izah olunub. Qanun pozuntuları aşkarlanmış həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması hallarına və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Vergi qanunvericiliyinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, 3 və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Bütün Xəbərlər