Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02.01.2026 14:30

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür.

TodayPress TV xəbər verir ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub.

Onun ailəsi 1975-ci ildə Mingəçevirə köçüb və o, burada səkkizillik məktəbi bitirərək, qaynaqçı ixtisası üzrə peşə məktəbinə daxil olub.

1991-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və könüllü cəbhəyə yollanıb.

Natiq Qasımov Azərbaycanda ermənilərə qarşı 5 gün təkbaşı vuruşması ilə məşhurlaşıb. Belə ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüş aparıb. Altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb.

Sonradan ermənilər Xocalıda əsr götürülən 22 nəfəri güllələmək hədəsi ilə Natiq Qasımovu təslim olmağa məcbur ediblər. Onun sonrakı taleyindən uzun zaman məlumat olmayıb.

Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən Natiq Qasımova həsr edilmiş "Oğul" sənədli filmi çəkilib və filmdə Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman onun şəkillərini çəkən italyan müharibə fotoqrafı Enriko Sarsinin də fotoları nümayiş etdirilib. Erməni tərəfi Natiqin sonrakı taleyi ilə bağlı film müəlliflərinə müəmmalı cavablar versələr də, Natiq Qasımovun güllələndiyi ehtimal olunur.

2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Bütün Xəbərlər