Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
28.06.2026 11:00

Bu gün Azərbaycan milli mətbuatının əsasını qoymuş, maarifçi və ziyalı Həsən bəy Zərdabinin anadan olmasından 189 il ötür.

TodayPress TV  xatırladır ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. O, ilk təhsilini mollaxanada alıb, orta məktəbi Tiflisdə bitirib. Daha sonra Moskva Universitetinə qəbul olunaraq təbiət elmləri üzrə ixtisaslaşıb.

1869-cu ildən etibarən Bakı şəhərində rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edən Həsən bəy Zərdabi maarifçilik və mədəni həyatın inkişafı üçün fəal çalışıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını səhnəyə qoyaraq Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında da yaxından iştirak edib.

Zərdabinin ən böyük tarixi xidməti isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi"nin nəşrə başlaması olub. Sadə xalqın maariflənməsinə xidmət edən bu qəzet cəmi iki il fəaliyyət göstərə bilib və 1877-ci il sentyabrın 29-da çapı dayandırılıb.

O, həmçinin 1880-1890-cı illərdə o, "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" kimi dövrün nüfuzlu qəzetlərində Azərbaycan və rus dillərində elmi-kütləvi məqalələrlə çıxış edib.

Ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Onun məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu böyük maarifçinin adını daşıyır.

TodayPress TV 

XƏBƏR LENTİ
28 IYUN 2026
Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi 13:02 Luka Modriç mundiallar tarixinə düşdü 11:39 Sabah hava necə olacaq? - PROQNOZ 12:39 Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını pislədi 12:17 İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır 12:08 SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi 10:48 FHN silsilə maarifləndirmə tədbirlər keçirdi 11:29 Messi DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı bombardiri oldu 11:20 İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqladı 10:11 BMT TŞ-nin təcili iclası çağırıldı 11:14 Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür 10:08 Bakıda Məsciddə görünməmiş olay: Rafel Fiziyevin döyüşünü izlədilər - VİDEO 10:51 Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi 10:04 Fransada istilərin ağır nəticəsi: Morqlarda yer qalmadı 10:01 ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər" 10:05 İran XİN: ABŞ-nin hava hücumları razılaşmaların açıq pozuntusudur 09:56 DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşdi 09:53 Ç-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alındı 09:51 DÇ-2026: Argentina İordaniyanı məğlub etdi 09:49 DÇ-2026: Konqo tarixində ilk dəfə pley-offa yüksəldi 09:46 DÇ-2026: Kolumbiya K qrupunu birinci, Portuqaliya ikinci sırada tamamladı 09:45 DÇ-2026: Xorvatiya Qananı məğlub edərək qrup ikincisi oldu 09:43 DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutdu 09:41 SON DƏQİQƏ: ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirilir 09:38 Argentinanın Baş naziri istefa verdi 09:35 Bütün Xəbərlər