Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşdı

Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşdı
16.02.2026 17:04

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə aparan, uzunluğu 2 km olan avtomobil yolunda aparılan əsaslı təmir işləri başa çatdırılıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, uzun müddət əsaslı təmir olunmadan istismar edilən yolun hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdi. Bu isə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Görülən əsaslı təmir işləri nəticəsində mövcud problemlər tam aradan qaldırılıb.

Təmir prosesi çərçivəsində yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib. Həmçinin vətəndaşların rahat hərəkətinin təmin olunması üçün mövcud piyada səkisi bərpa edilib, yeni asfalt-beton örtüyü döşənib.

Sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaş müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Bütün Xəbərlər