Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu
02.05.2026 09:45

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil olunub.

TodayPress TV xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviqi etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər.

Yarışda komandalar “Zəfər”, “Şahinlər”, “Birlik”, “Kəpəz”, “Xan” və “Qala” adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.

Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.

TodayPress TV

FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 1
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 2
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 3
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 4
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 5
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 6
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 7
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 8
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti minifutbol turniri təşkil olundu — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər