“Binə” və “Sədərək” bağlana bilər - Gözlənilməz vəziyyət

“Binə” və “Sədərək” bağlana bilər - Gözlənilməz vəziyyət
23.07.2026 23:41 Cəmiyyət

Son vaxtlar onlayn alış-veriş platformalarının, xüsusilə də “Temu” kimi beynəlxalq e-ticarət saytlarının Azərbaycandakı ənənəvi ticarət mərkəzlərinə təsiri ilə bağlı müzakirələr güclənib. Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində alverin kəskin zəiflədiyi, bunun əsas səbəblərindən birinin isə “Temu” vasitəsilə edilən sifarişlər olduğu iddia edilir.

Onlayn ticarət “Sədərək” və “Binə” kimi iri bazarların gələcəyini təhlükə altına alır? “Sədərək” və “Binə” bağlana bilər?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, onlayn ticarət platformaları bu gün ənənəvi mağazalar üçün ciddi rəqabət yaradır:

“Bu rəqabətin bir hissəsi bazar prinsiplərinə əsaslansa da, müəyyən üstünlüklər mövcud vergi və gömrük qaydalarından irəli gəlir. Nəticədə “Sədərək” və “Binə” də daxil olmaqla digər fiziki mağazalar müştəri itirir, bəzi hallarda fəaliyyətini dayandırır və iş yerləri azalır. Dünyada elektron ticarətin həcmi sürətlə artır. Bu platformalar daha geniş məhsul çeşidi təqdim edir, istifadəçi üçün rahat alış-veriş imkanları yaradır və innovativ satış modelləri tətbiq edirlər. Lakin ənənəvi mağazalar məhsulları ölkəyə idxal edərkən və ya daxildə istehsal edərkən gömrük rüsumları, vergilər və digər ödənişlər edirlər. Buna baxmayaraq, bəzi fərdi sifarişlər mövcud güzəştlərdən istifadə edərək bu ödənişlərdən yayınır. Hesab edirəm ki, bu baxımdan oyun qaydaları bütün bazar iştirakçıları üçün eyni olmalıdır”.

İqtisadçı bildirib ki, ənənəvi mağazalar vergi və rüsum ödəyirsə, elektron ticarət vasitəsilə gətirilən məhsullar da müəyyən qaydada bu ödənişlərə cəlb edilməlidir:

“Söhbət yüksək rüsumlardan deyil, hamı üçün bərabər və ədalətli yanaşmanın tətbiqindən gedir. Bəziləri bunun istehlakçıların xərclərini artıracağını iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, elektron ticarətin həcmi artıq kifayət qədər böyüyüb. Vergi və gömrük bazası genişləndirildiyi halda, rüsum dərəcələrini aşağı salmaq mümkündür. Məsələn, idxalın əhəmiyyətli hissəsi elektron platformalar üzərindən həyata keçirilirsə, daha geniş baza hesabına daha aşağı dərəcələrlə də dövlət büdcəsinə eyni həcmdə gəlir toplamaq olar. Belə yanaşma həm dövlət büdcəsinin gəlirlərini qoruyar, həm də ənənəvi mağazaların rəqabət imkanlarını artırar. Bu isə qiymətlərin daha balanslı formalaşmasına, iş yerlərinin qorunmasına və daxili ticarətin inkişafına müsbət təsir göstərə bilər.

Əks halda, mövcud vəziyyət davam edərsə, çoxsaylı mağazaların, o cümlədən “Sədərək” ilə “Binə”nin fəaliyyətini dayandırması və minlərlə insanın iş yerini itirməsi riski artacaq. Buna görə də gömrük və vergi siyasəti daha balanslı qurulmalı, bazarın bütün iştirakçıları üçün bərabər rəqabət şəraiti yaradılmalıdır. Zərurət yaranarsa, bu dəyişikliklər digər vergi yükünün azaldılması ilə kompensasiya oluna bilər ki, ümumi iqtisadi təsir həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün daha səmərəli olsun”.

XƏBƏR LENTİ
24 IYUL 2026
TƏCİLİ: ABŞ Yaxın Şərqə texnika göndərir - VİDEO 00:58 Qurban Qurbanov: “Elvin bu cür davam etsə…” - VİDEO 00:44 Özgür Özəl CXP-dən bu tarixdə gedəcək - İDDİA 00:16 300-dən çox PUA havaya qalxdı - Vəziyyət GƏRGİNLƏŞDİ 23:35 Ağdamdakı yanğın sürətlə genişlənir 23:31 “Binə” və “Sədərək” bağlana bilər - Gözlənilməz vəziyyət 23:27 Bakıda yaşayış binasında yanğın: Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 23:22 Qurban Qurbanov: “Baxımlı oyun olmadı” 23:16 Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ 20:55 MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... - TƏCİLİ 22:48 Müctəba Xameneinin son vəziyyəti necədir? - AÇIQLANDI 22:41 İranın ən məşhur meydanında “Zülfiqar” şousu - VİDEO 22:36 “24 saata bitəcəkdi…” - Zaxarova Trampın yaddaşını təzələdi 22:18 UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyunu bitdi 20:01 UEFA Konfrans Liqası: "Zirə"nin Estoniya klubu ilə matçı başa çatdı - VİDEO 20:15 “Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO 21:50 İsrailə müharibəyə qoşulmaq üçün cəmi “2 dəqiqə” lazım imiş 21:43 ABŞ Səudiyyə Ərəbistanına elə bir şərt qoydu ki… 21:37 Zelenski Putinin gizli planlarından danışdı - Müharibənin gedişatında nə baş verəcək? 21:22 DÇ-2026-nın ən yaxşı oyunçusu o seçildi 20:43 Ərzaq qiymətləri bahalaşacaq - SƏBƏB 20:47 Xankəndidə kafedə yanğın baş verdi - Xəsarət alanlar var 20:38 Rusiyanın PUA istehsalçıları Aİ-nin “qara siyahı”sına düşdü 20:34 TƏCİLİ - ABŞ İranda yeni hədəfi vurdu 20:24 SON DƏQİQƏ: Tramp İrana qarşı ən böyük hücum siqnalını verdi 20:07 Bütün Xəbərlər