Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü
Lənkəran rayonunun Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğının geniş əraziyə yayılma riski yüksək olsa da, operativ müdaxilə nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.