İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02.07.2026 11:13

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.

Bu barədə TodayPress TV-yə Dövlət Komissiyasından məlumat verilib.

Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.

Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınıb. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

• "İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;

• "Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;

• "Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;

• fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;

• müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.

Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.

Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Aralarında azərbaycanlılarında olduğu şəxslər Gürcüstandan deportasiya olundu 11:59 Kiyevdə matəm elan edildi 11:46 "Arzum" ləqəbli tiktoker məhkəmə zalında həbs edildi 11:34 İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi 11:09 Kiyevə gecə hücumu: Ölənlərin sayı kəskin artdı - VİDEO - YENİLƏNDİ 08:24 Paşinyan Ursula fon der Lyayeni belə qarşıladı - VİDEO 10:57 Təcili əmr verildi: İran "ordusu" ləğv edilir - 30 sentyabra qədər... 10:55 Mundialda növbəti qarşılaşmalar: İspaniya Avstriya ilə, İsveçrə Əlcəzairlə üz-üzə 10:50 Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin dəvət olunmayacaq 10:41 Yəhudilər Azərbaycana görə ayağa qalxdılar: İsrailə savaş elan etdilər 10:34 Rusiya sərhədləri tam bağlayıb milyonluq səfərbərlik edəcək - Bu ölkələrlə razılaşdı 10:30 Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi 10:24 Krım mühasirədə - 2 milyon nəfər ölüm aclığında 10:20 Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi: Azərbaycan polisinin 108-ci ildönümüdür 09:58 Neft birjalarında qiymətlər alt-üst oldu - Ucuzlaşma davam edir 09:44 "Bitcoin"in qiyməti yeni rekorda yaxınlaşır - Rəqəmsal aktivlər artışdadır 09:39 Lyayenin Azərbaycana səfəri başa çatdı 09:20 Avropanın ən qədim şəhərlərindən biri tapıldı 09:04 DÇ-2026: ABŞ millisi 1/8 final mərhələsinə vəsiqə qazandı 08:45 Ukrayna Rusiyaya cavab verdi: Ən böyük neft zavodunu hədəfə aldı - VİDEO 08:41 İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət 22:41 Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar 22:39 Rusiyalı alimdən QORXUNC PROQNOZ: Asteroid Yerlə toqquşa bilər 22:36 Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər 22:35 İqlim dəyişikliyi flaminqolara da təsir etdi 22:32 Bütün Xəbərlər