III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışacaq

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışacaq
25.09.2025 18:16

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində çalışır.

TodayPress TV AYNA-ya istinadən xəbər verir ki, agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.

Oyunlarda çıxış edəcək idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi həyata keçirilir.

III MDB Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlar həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanına üz tutur. Nümayəndə heyətlərinin hava limanlarından daşınması təşkil edilmiş şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 "Neoplan" markalı avtobus ayrılıb.

Sentyabrın 24 və 25-də oyunlarla əlaqədar AYNA tərəfindən 6 reys həyata keçirilib və 9 avtobusla 180 sərnişin hava limanlarından tədbirlərin keçiriləcəyi şəhərlərə rahat və təhlükəsiz şəkildə aparılıb.

Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 "Yutong" və "Neoplan" markalı avtobus ayrılıb. Bu avtobuslardan 10-u bu gündən Qəbələdə başlayan oyunlar üçün iştirakçıların yarış məkanlarına çatdırılmasını təmin edir.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
"Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın! 17:58 Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir 17:50 Azərbaycan XİN Boliviyanı təbrik etdi 17:51 Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı - ÖLƏNLƏR VAR 17:35 Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama! 17:06 Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq 17:00 Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı 16:53 Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? 16:48 Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək? 16:45 Estoniyada məktəblilər üçün dron kursu başlayır 16:44 Husilər Yəməndəki hərbi düşərgələrə hücumu TƏSDİQLƏDİ 19:39 Bütün Xəbərlər