İcra prosesində hərraclar tam rəqəmsallaşdı, borclu şəxslərin hüquqları genişləndi

İcra prosesində hərraclar tam rəqəmsallaşdı, borclu şəxslərin hüquqları genişləndi
01.08.2025 14:18

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır.

Bu barədə Ədliyyə Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir.

Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.

Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə satılır.

Hərracların tam rəqəmsal formada aparılması, rəqabətli və şəffaf hərrac mühitinin formalaşdırılması, satış prosesinin sürətləndirilməsi nəticə etibarilə həm tələbkarın, həm də borclunun maraqlarının qorunmasına xidmət edir.

Həmçinin dəyişikliklərə əsasən hərrac prosesinə mərkəzləşdirilmiş nəzarət mexanizmi də formalaşacaqdır.

Bundan başqa hərracdan əldə olunan əmlakların reyestr qeydiyyatı da rəqəmsallaşır. Artıq alıcı əmlakı hərracdan aldıqdan sonra müvafiq protokol daşınmaz əmlak üzərində yaranmış hüququn qeydə alınması üçün inteqrasiya olunmuş sistem vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcəkdir.

Dəyişikliklərə əsasən, borclu satılmış əmlakı təhvil vermədikdə əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmadan əmlakın boşaldılmasına da imkan yaradılır.

Yeni mexanizm ümumilikdə ədalətli və effektiv icra mühitinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər