Gəncə şəhərinin su təchizatına baxış keçirildi

Gəncə şəhərinin su təchizatına baxış keçirildi
15.09.2025 15:15

28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində təşkil olunacaq III MDB Oyunlarının Gəncə şəhərində keçiriləcəyi nəzərdə tutulan idman obyektləri, mərkəzi küçə və prospektlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiya üzvləri Xidmətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərliyi ilə Gəncə şəhərində müxtəlif istiqamətlər üzrə infrastruktura baxış keçiriblər.  

Sukanal idarəsində texnika və avadanlıqların mövcud vəziyyəti ilə yaxından tanış olan komissiya üzvləri oyunlar ərəfəsində daha çevik və məsuliyyətli davranmağı tövsiyə edilib.

Tahir Xəlilov Xidmətin əməkdaşları ilə söhbət aparıb, problemlərin nədən ibarət olduğunu soruşub. Bu yöndə həm komissiya üzvlərinə, həm də sukanal idarəsinin əməkdaşlarına tapşırıqlarını verib. 

“Dəyirmi masa” arxasında davam edən görüşdə III MDB Oyunlarının keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, o cümlədən, infrastrukturun xəritə üzrə vəziyyətinə aydınlıq gətirilib. Qeyd olunub ki, oyunların keçiriləcəyi günlərdə sukanal idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komissiya üzvləri Olimpiya Kompleksində, Gəncə İdman Sarayında, Şəmkir Sutəmizləyici Qurğular Kompleksində, yenidən qurulan Gəncə Stadionunda olublar. Su təchizatı təminatının vəziyyətini yerindəcə yoxlanılıb.

TodayPress TV

FOTOLAR

Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 1
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 2
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 3
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 4
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 5
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 6
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 7
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 8
Gəncə şəhərinin su təchizatına baxış keçirildi — 9
XƏBƏR LENTİ
20 IYUN 2026
Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Bütün Xəbərlər