FHN silsilə maarifləndirmə tədbirlər keçirdi

FHN silsilə maarifləndirmə tədbirlər keçirdi
28.06.2026 11:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nərimanov rayonunda yerləşən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda, Nəsimi rayonu Kliniki Tibbi Mərkəzdə, Xətai, Suraxanı və Qaradağ rayon ərazilərində fəaliyyət göstərən din xadimləri üçün, Şimal RM tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Gəncə RM tərəfindən Gəncə Şəhər Sukanal İdarəsində, Cənub RM tərəfindən Astara Rayon İcra Hakimiyyətinin Kakalos kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Mingəçevir şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb RM tərəfindən Qəbələ Dəmiryol Stansiyasında və Qəbələ rayonu Dızaxlı kənd uşaq bağçasında, Qarabağ RM tərəfindən Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq baxçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112" qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

TodayPress TV 

XƏBƏR LENTİ
28 IYUN 2026
Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi 13:02 Luka Modriç mundiallar tarixinə düşdü 11:39 Sabah hava necə olacaq? - PROQNOZ 12:39 Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını pislədi 12:17 İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır 12:08 SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi 10:48 FHN silsilə maarifləndirmə tədbirlər keçirdi 11:29 Messi DÇ-2026-nın qrup mərhələsinin ən yaxşı bombardiri oldu 11:20 İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqladı 10:11 BMT TŞ-nin təcili iclası çağırıldı 11:14 Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür 10:08 Bakıda Məsciddə görünməmiş olay: Rafel Fiziyevin döyüşünü izlədilər - VİDEO 10:51 Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi 10:04 Fransada istilərin ağır nəticəsi: Morqlarda yer qalmadı 10:01 ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər" 10:05 İran XİN: ABŞ-nin hava hücumları razılaşmaların açıq pozuntusudur 09:56 DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşdi 09:53 Ç-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alındı 09:51 DÇ-2026: Argentina İordaniyanı məğlub etdi 09:49 DÇ-2026: Konqo tarixində ilk dəfə pley-offa yüksəldi 09:46 DÇ-2026: Kolumbiya K qrupunu birinci, Portuqaliya ikinci sırada tamamladı 09:45 DÇ-2026: Xorvatiya Qananı məğlub edərək qrup ikincisi oldu 09:43 DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutdu 09:41 SON DƏQİQƏ: ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirilir 09:38 Argentinanın Baş naziri istefa verdi 09:35 Bütün Xəbərlər