FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi
19.06.2025 13:05

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsində “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidməti Yevlax rayon Yanğından Mühafizə Hissəsinin, Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Publik Hüquqi Şəxsin Yevlax Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin şəxsi heyəti cəlb edilib.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Yevlax Regional Miqrasiya İdarəsinin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Məşqdə ümumilikdə 3 ədəd texnika və 70 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

FOTOLAR

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 1
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 2
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 3
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 4
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 5
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 6
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 7
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 8
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər