Bakıda mənzillərin satış və kirayə qiymətləri artdı - CƏDVƏL

Bakıda mənzillərin satış və kirayə qiymətləri artdı - CƏDVƏL
07.04.2026 12:10 Cəmiyyət

Bu ilin yanvar-mart aylarında Bakıda mənzil bazarında mərhələli və sabit artım trendi formalaşıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

Məlumata görə, birinci rübdə yeni tikililərdə qiymətlər orta hesabla 3,6%, köhnə tikililərdə təxminən 2,4%, inşası davam edən layihələrdə isə (kotlovan) 4% civarında artıb.

Bu dinamika göstərir ki, bazarın əsas hərəkətverici seqmenti yenə də yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir. İnvestor marağı, tikinti xərclərinin artması və yeni layihələrin məhdudluğu bu seqmentlərdə qiymət artımını daha sürətli edir.

Rayonlar üzrə isə, Səbail, Yasamal və Nəsimi rayonları ən yüksək artım tempinə malik mərkəzi bazar zonaları olub. Nərimanov və Xətai, Nizami, Binəqədi sabit və yüksək likvidliyə malik orta seqment bazarı hesab olunur. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonları inkişaf edən, lakin qiymət artım tempinin daha aşağı olduğu periferik bazarlar kimi qeydə alınıb.


Mövcud dinamika göstərir ki, 2026-cı ilin ilk rübündə Bakı daşınmaz əmlak bazarı kəskin sıçrayış deyil, sabit və idarə olunan artım mərhələsindədir.

Bu tendensiya davam edərsə, ilin sonunda bazarda yeni tikililərdə 11–16%, köhnə tikililərdə 6–8%, “kotlovan” layihələrində isə 13–18% civarında qiymət artımı formalaşa bilər.

Bu isə onu göstərir ki, Bakı daşınmaz əmlak bazarı həm investisiya, həm də yaşayış məqsədli alıcılar üçün regionun ən stabil və perspektivli bazarlarından biri olaraq qalır.

Ötən ay Bakının inzibati rayonları üzrə kirayə mənzil bazarında da qiymətlərdə ümumi artım tendensiyası müşahidə olunub.

Fevral ayı ilə müqayisədə həm yeni tikili, həm də köhnə tikili mənzillərdə qiymət artımı qeydə alınıb.


Yeni tikili mənzillər üzrə artım 0,5%-1,1% intervalında dəyişir. Ən yüksək artım Səbail rayonunda (1,1%) olub,

Yasamal, Nizami və Nəsimi rayonlarında isə təxminən 1,0% təşkil edib.

Köhnə tikili mənzillərdə artım 0,4%-0,9% aralığında dəyişib. Ən yüksək artım Səbail rayonunda (0,9%),

ən aşağı isə Pirallahı rayonunda (0,4%) qeydə alınıb.

Ümumilikdə, yeni tikililərdə artım tempi daha yüksəkdir və mərkəzi rayonlarda qiymət artımı daha sürətlidir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Bütün Xəbərlər