FHN-dən əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə diqqətli olun!

FHN-dən əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə diqqətli olun!
26.07.2026 21:22

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, belə ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

XƏBƏR LENTİ
26 IYUL 2026
Rumıniya Rusiya səfirini təcili XİN-ə çağırdı - SƏBƏB 22:10 Erməni güləşçilər Bakıya gəldi 22:02 Tramp adını daşıyan magistralla bağlı arzusunu açıqladı 21:26 FHN-dən əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə diqqətli olun! 20:44 TƏCİLİ: Əraqçi və Lavrov telefonla danışdı 20:49 Füzulidə keçirilən aerokosmik festival böyük maraqla qarşılandı - FOTOLAR 20:22 “Ukraynanın ərazi bütövlüyünü yalnız biz qoruyurduq” - Putin 20:02 Putin müharibənin məsuliyyətini “öz çiyinlərindən atdı” 19:40 Bakıda temperatur enəcək 19:23 Putin əmr verdi - “Piratlarla belə mübarizə aparın!” 19:01 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah hava… 18:41 İran yalnız bu şərtlərlə razılaşa bilər - AÇIQLANDI 18:17 Xəzərdə vurulan gəmidə nə var idi? - Ukrayna AÇIQLADI 17:58 TƏCİLİ: ABŞ Yaxın Şərqə hərbi texnika göndərir - FOTO 17:36 Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər” 17:11 Gərginlik artır: İran Ukraynanı hədələdi 16:51 Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ 16:33 Ərdoğandan İspaniyaya təcili yardım 16:07 18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar 15:47 Vaşinqtonun addımından sonra Tehran mühüm qərar verdi 15:26 “SVO üçün hər şey” yox oldu – “Wildberries” hərbi məhsulları gizli satır? 15:01 Dəhşətli qəzada xəsarət alanlardan biri vəfat etdi 14:37 Azərbaycanın mövcudluğunun və qalibiyyətininin sirri – Ramiz Yunus yazır… 14:38 Xalq şairinin vəziyyəti ağırlaşdı - TƏCİLİ 14:26 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:08 Bütün Xəbərlər