Ekspert: “Hər qəza ocağı ayrıca təhlil olunmalıdır”

Ekspert: “Hər qəza ocağı ayrıca təhlil olunmalıdır”
07.10.2025 14:43 Cəmiyyət

Yol-nəqliyyat hadisələri dünyanın hər yerində insan həyatına təhlükə yaradan ciddi problemlərdən biridir. 

Azərbaycanda da bu kimi bədbəxt hadisələr tez-tez baş verir.

Bəs qəza və onların ağır nəticələrinin əsas səbəbi nədir?

“Sürət məhdudiyyətlərinə əməl edilməli və hava ilə bağlı xəbərdarlıqlar izlənilməlidir”

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, qəzaların böyük əksəriyyətinə səbəb yüksək sürət amilidir:

"Sürücülər çox vaxt avtomobillərdən ona qoyulan normadan artıq istifadə edirlər. Bundan başqa, sürücülük vərdişləri, peşəkarlıq səviyyəsi, avtomobilin texniki vəziyyəti, təkərlərin mövsümə uyğun dəyişdirilib-dəyişdirilməməsi, hava şəraiti də qəzanın nəticəsinə təsir edən amillərdir. Ən əsası, sürət məhdudiyyətlərinə əməl edilməli və hava ilə bağlı xəbərdarlıqlar izlənilməlidir".

“Qəzalar dünyanın hər yerində baş verir”

Ekspert onu da qeyd edib ki, yol qəzalarının sayının və ağır nəticələrinin azalması üçün həm infrastrukturun gücləndirilməsi, həm də maarifləndirmə işlərinin artırılması vacibdir:

"Küçələrdə elektron xəbərdarlıq tabloları varsa, yaxşı olardı ki, magistral yollarda da bu sistem genişləndirilsin. Qəzalar dünyanın hər yerində baş verir, amma onların nəticələrini azaldacaq qərarlar qəbul olunmalıdır. Hər bir qəza ocağı ayrıca təhlil edilməli, təkrarlanırsa, yeni yanaşmalar tətbiq olunmalıdır".

“Hədəfimiz yollarımızda insanların həyatını qorumaqdır”

Rauf Ağamirzəyev qeyd edib ki, dünyada "Vision Zero" – ölüm hallarına sıfır dözümlülük siyasəti var: 

"İnsan səhv edə bilər, amma məqsəd odur ki, bu səhv başqa bir insanın ölümünə səbəb olmasın. Bizim də hədəfimiz yollarımızda insanların həyatını qorumaqdır. Bunun üçün həm fiziki, həm texniki infrastruktur, həm də maarifləndirmə işlərini gücləndirmək lazımdır", - deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, ölkədə avtomobillərin sayı ilə yanaşı, yol-nəqliyyat hadisələrinin sayı da artır. Bu isə öz növbəsində yol təhlükəsizliyi sahəsində daha sistemli tədbirlərin görülməsinin vacibliyini göstərir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər