Əkrəm Bəydəmirli: "Qanunlar var, əsas məsələ onların effektiv icra mexanizminin təmin edilməsidir"

Əkrəm Bəydəmirli: "Qanunlar var, əsas məsələ onların effektiv icra mexanizminin təmin edilməsidir"
10.07.2026 11:55

"Azərbaycanda qanunvericilik bazası beynəlxalq standartlara uyğun formalaşdırılsa da, əsas diqqət qanunların effektiv icra mexanizminin təmin edilməsinə yönəldilməlidir".

TodayPress TV xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda qəbul olunan qanunların böyük hissəsi beynəlxalq standartlara cavab verir, lakin onların icrasının daha səmərəli təşkili vacibdir.

"Ümumiyyətlə, Azərbaycanda qanunvericilik sistemində kifayət qədər qanunlar beynəlxalq standartlara uyğun qəbul olunub. Lakin qanunların icra mexanizminin tapılması və təkmilləşdirilməsi üzərində daha çox düşünməliyik. Bələdiyyə institutunun inkişafı baxımından qardaş Türkiyənin təcrübəsindən faydalanmaq məqsədəuyğun olardı. Bələdiyyə institutu Türkiyədə kifayət qədər formalaşmış bir mexanizmdir. Ən azı həmin təcrübəni öyrənib Azərbaycanda tətbiq etməliyik. Bələdiyyələr daha mükəmməl fəaliyyət göstərərsə, bir sıra problemlər də öz həllini tapacaq".

Əkrəm Bəydəmirli son illərdə ictimai nəzarətin daha da gücləndiyini vurğulayaraq bildirib ki, sosial şəbəkələrin geniş yayılması vətəndaşların problemləri operativ şəkildə gündəmə gətirməsinə imkan yaradır.

"Bu gün hər kəsin əlində telefon var. İnsanlar problemləri çəkib sosial şəbəkələrdə paylaşırlar. Əsas məsələ ictimai rəylə hesablaşma mədəniyyətinin formalaşmasıdır. Hansısa məmur və ya dövlət qurumu haqqında tənqidi material yayılırsa, buna münasibət bildirilməli, əsassızdırsa aydınlıq gətirilməli, problem varsa aradan qaldırılmalıdır. Dövlət qulluqçuları ictimai rəyin əhəmiyyətini dərk etməli və vətəndaşların iradlarına məsuliyyətlə yanaşmalıdırlar. Hər bir məmur öz məsuliyyətini dərk etməli və ictimai rəylə hesablaşmalıdır. "Hara istəyirsən yaz" kimi yanaşma qəbuledilməzdir. Belə münasibətə qarşı qanunvericilikdə daha sərt mexanizmlər nəzərdə tutulmalıdır".

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri korrupsiyanın yalnız dövlətə və cəmiyyətə deyil, korrupsiya törədən şəxsin özünə də ağır zərbə vurduğunu bildirib.

"Korrupsiya ilə məşğul olan məmur təkcə dövlətə, xalqa və millətə ziyan vurmur. O, həm də öz gələcəyini məhv edir, uzun müddət ailəsindən və cəmiyyətdən təcrid olunur, azadlıqdan məhrum edilir".

Sədr hesab edir ki, korrupsiyaya qarşı mübarizədə maarifləndirmə ilə yanaşı, inzibati və hüquqi mexanizmlər də gücləndirilməlidir.

"Bu sahədə maarifçilik vacibdir, amma bununla kifayətlənmək olmaz. İnzibati resurslar daha fəal işə salınmalı, qanunlar sərtləşdirilməli və korrupsiya hallarına qarşı daha prinsipial mövqe nümayiş etdirilməlidir".

Sonda o vurğulayıb ki, Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrildiyini qeyd edərək, vətəndaş cəmiyyətinin də ölkədə sosial rifahın yüksəldilməsi və mövcud problemlərin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər