İki dəfə əməliyyat olunan aktyorun səhhətində problemlər yarandı

İki dəfə əməliyyat olunan aktyorun səhhətində problemlər yarandı
02.05.2026 23:10 Cəmiyyət

Azərbaycanın Əməkdar artisti Ələkbər Əliyev səhhətində yaranan ciddi problemlər və keçirdiyi uğursuz əməliyyatlar barədə açıqlamalar verib.

TodayPress TV xəbər verir ki, ARB telekanalında "Günə uğurla" proqramına qonaq olan sənətkar eyni anda bir neçə xəstəliklə mübarizə apardığını bildirib. Aktyor insult keçirdiyini, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərindən əziyyət çəkdiyini qeyd edib:

"İnsult keçirmişəm, şəkər xəstəliyi artıq mənim ayrılmaz dostumdur. Təzyiqdən tutmuş hər cür problem var. Xüsusilə onurğamdan iki dəfə əməliyyat olunmuşam, lakin indi yenidən ağrılar baş qaldırıb".

Ələkbər Əliyev vaxtilə bıçaq altına düşməsini həyatının ən böyük yanlışı hesab edir:

"O zaman əməliyyata razılıq verməklə böyük səhv etdim. Çünki elə peşəkar həkimlər var ki, bu problemi cərrahi müdaxilə olmadan da həll edə bilirlər. İlk dəfə yırtığın ölçüsü cəmi yeddi millimetr idi. Amma birinci əməliyyatdan sonra vəziyyət daha da pisləşdi, ölçü 25 millimetrə çatdı və ikinci əməliyyat artıq qaçılmaz oldu".

Hazırda yenidən müalicəyə ehtiyacı olduğunu deyən sənətkar insultdan sonra bərpa prosesinin davamlı xarakter daşıdığını gec anladığını etiraf edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Bütün Xəbərlər