Əkbər Qoşalı Zərdabi mükafatına layiq görüldü - SİYAHI

Əkbər Qoşalı Zərdabi mükafatına layiq görüldü - SİYAHI
20.07.2026 12:43

Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafat ilə təltif edib.

TodayPress TV xəbər verir ki, mükafatın laureatları peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib.

2026-cı il üzrə Həsən bəy Zərdabi  Mükafatının laureatları

Alqış Həsənoğlu - peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;

Anar Niftəliyev - peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;

Anar Tağıyev - vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;

Elçin Zahiroğlu - səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;

Əkbər Qoşalı - Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;

Günel Habilqızı - "GünEllə səyahət" və "Orda bir kənd var" layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;

Hüseynbala Səlimov - analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;

Xanım Xatun - regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;

İlham Tumas - araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;

İqbal Məmmədəliyev - regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;

Murat Akkoç - Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;

Mübariz Yunus - "Füyuzat" dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;

Nicat Abdullayev - media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;

Oktay Hacımusalı - analitik publisistikanın və Türk dünyası mediası arasında işbirliyinin inkişafına verdiyi töhfələrə görə;

Zərnişan Turan - "Turan" proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.

Həsən bəy Zərdabi  adına mükafatın təqdimetmə mərasimi 22 iyul - Milli Mətbuat Günü keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
NATO-dan yeni qərar: Türk F-16-ları Baltik hava məkanına göndərilir 00:14 Püşk atıldı! Azərbaycan güləşçilərini dünya çempionatında kimlər gözləyir? 23:49 Trampı bu məsləhət fikrindən daşındırdı? – İrana zərbələrlə bağlı diqqətçəkən iddia 23:44 Dənizdə ölümcül hücum: Qarğıdalı daşıyan gəmi batdı, çoxsaylı itki var 23:39 Rusiya bombaları məktəb və yaşayış binalarını vurdu - VİDEO 23:22 Fransanın BMT-dəki qərarı ABŞ-ni qəzəbləndirdi 22:49 Rumıniya Rusiya səfirini təcili XİN-ə çağırdı - SƏBƏB 22:10 Erməni güləşçilər Bakıya gəldi 22:02 Tramp adını daşıyan magistralla bağlı arzusunu açıqladı 21:26 FHN-dən əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə diqqətli olun! 20:44 TƏCİLİ: Əraqçi və Lavrov telefonla danışdı 20:49 Füzulidə keçirilən aerokosmik festival böyük maraqla qarşılandı - FOTOLAR 20:22 “Ukraynanın ərazi bütövlüyünü yalnız biz qoruyurduq” - Putin 20:02 Putin müharibənin məsuliyyətini “öz çiyinlərindən atdı” 19:40 Bakıda temperatur enəcək 19:23 Putin əmr verdi - “Piratlarla belə mübarizə aparın!” 19:01 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah hava… 18:41 İran yalnız bu şərtlərlə razılaşa bilər - AÇIQLANDI 18:17 Xəzərdə vurulan gəmidə nə var idi? - Ukrayna AÇIQLADI 17:58 TƏCİLİ: ABŞ Yaxın Şərqə hərbi texnika göndərir - FOTO 17:36 Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər” 17:11 Gərginlik artır: İran Ukraynanı hədələdi 16:51 Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ 16:33 Ərdoğandan İspaniyaya təcili yardım 16:07 18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar 15:47 Bütün Xəbərlər