Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi
18.08.2025 10:38

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Müraciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə Ədliyyə Nazirliyinin 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib.

Çağrı Mərkəzinin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub.

881 Çağrı Mərkəzinin işində müasir dövrün tələbləri nəzərə alınaraq, innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq olunub.

Fəaliyyətinə 2022-ci ildən başlayan Çağrı Mərkəzində ötən dövr ərzində zəruri infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Yenilənmiş Mərkəz ən müasir texnoloji avadanlıqlarla – o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və metodiki vasitələrlə təchiz olunub.

881 Çağrı Mərkəzi vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.

FOTOLAR

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 1
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 2
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 3
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 4
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 5
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 6
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 7
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 8
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yeniləndi — 9
XƏBƏR LENTİ
07 AVQUST 2026
Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: " Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Bütün Xəbərlər