Emin Ağalarov Formula-1-i "Sea Breeze"ə köçürür

Emin Ağalarov Formula-1-i "Sea Breeze"ə  köçürür
22.02.2026 12:40 Cəmiyyət

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək. Bu, Xəzər dənizi sahilində, "Sea Breeze" kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində Formula-1 yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.

TodayPress TV "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə Emin Ağalarov "RİA Novosti"yə açıqlamasında məlumat verib.

O, “Fire İsland” adasında yeni Formula-1 trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb.

Ağalarovun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər:

"Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək".

Bakının hər il mərkəzində keçirilən bu yarışa görə əsas yollar bağlanırdı. Bu da vətəndaşların, xüsusən şəhərin cənub istiqamətində olanların gediş-gəlişini çətinləşdirirdi. Bəs adada trasın istifadəyə verilməsindən sonra vəziyyət dəyişəcəkmi?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, 10 ildir ki, Formula-1 treki keçirilir və bu da Bakıda müəyyən məhdudlaşdırmalara səbəb olur:

"Formula 1-in keçirilməsindən bir ay öncə və sonrakı tarixlərdə müəyyən qurğuların qurulması və onların demontaj olunmasına ehtiyac olur. Bu isə paytaxtda hərkətin sıxlığına səbəb olur. Əgər paytaxtdan kənarda, məsələn, "Sea Breeze" ərazisində təşkil edəcəklərsə, bu, müsbət təsir edəcək. Ən azından paytaxt daxilində bu məhdudlaşdırmalara ehtiyac qalmaz və şəhər öz həyatına davam edər. "Sea Breeze" lokal bir ərazidir, aeroporta birbaşa bağlantısı olan yolları var, həm də paytaxtın mərkəzi ilə avtobus və dəmir yolu üzərindən birbaşa əlaqəlidir. Kim getmək istəsə, adi qaydada iştirak edə bilər. Süni adalarda da maraqlı bir treyk olacaq.

Paytaxtın gələcəkdə çox mərkəzli olması lazımdır. Hər şeyi şəhərin mərkəzinə cəmləmək yox, eyni zamada kənarlarda da təşkil etmək olar. Bu, öz müsbət təsirini göstərəcək”.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Bütün Xəbərlər