Ədliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
01.09.2025 10:38

Ədliyyə naziri Fərid Əhmədov 19 sentyabr 2025-ci il tarixində Naxçıvan şəhərində Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon sakinlərini qəbul edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. 

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 sentyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə (ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1; əlaqə telefonu: +994 36 544 54 70; e-poçt ünvanı: [email protected]) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər. 

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbul Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi saat barədə əvvəlcədən məlumat veriləcək.

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər